!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Genişlənən “AKADEMİK KAMPANİYA”: “Ramiz Mehdiyevin qapısına gedib institut direktoru olanlar...” - Şahlar Əsgərov

!Reklam – Yazi

“Ramiz müəllim əgər elmlə məşğul olmaq istəyirdisə, o zaman sosial-siyasi tədqiqatlarla məşğul olan bir araşdırma mərkəzi yaratmalıydı”.

Bu fikirləri son günlərdə bir sıra nüfuzlu elm adamlarının, o cümlədən, Milli Elmlər Akademiyasının (AMEA) institut direktorlarının AMEA prezidenti Ramiz Mehdiyevin istefa tələbini səsləndirmələrinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsinə getməsi onun indiki vəziyyətlə qarşılaşacağını əvvəldən müəyyənləşdirirdi:

“Özünüzün də dediyiniz kimi, Ramiz Mehdiyevin irəli çəkdiyi şəxslər indi akademikin “altına su buraxıldığını” gördükdə, ondan sonra gələcək adamla da işləmək üçün belə mövqe bildirirlər. Bizim cəmiyyətimizdə bu cür davranışlar var.

Mən də həmin çıxışları gördükdə, bunun Ramiz Mehdiyevə qarşı bir kampaniya olduğunu düşünə bilərəm. İnstitut direktorları, Akademiyanın üzvləri, Ramiz Mehdiyevdən mükafat alanlar indi dalbadal onun getməsini tələb edirlərsə, bunu belə qiymətləndirmək olar.

Bilirsiniz, alim olub ki, heç Ramiz Mehdiyevin qapısına getməyib. Alim də var ki, onun qapısına gedib institut direktoru olub, akademik adı alıb indi isə onu söyür. Bunun hamısının bir səbəbi var.

Dünyada Pareto qanunu mövcuddur. O qanuna əsasən, hər yüz alimdən səksəni kvazialim, yalnız iyirmi faizi isə gerçək alimdir. Xarici ölkələrin bir çoxunda o qanunu çox düzgün qavrayır və ona uyğun davranırlar.

Konkret desək, alimlərin idarə olunması üçün elmi müəssisələrə rəhbəri o səksən faizin yox, iyirmi faizin, yəni gerçək alimlərin arasından seçirlər. Amma Azərbaycanın özəlliyi budur ki, alimlərin başına “iyirmi”lərin yox, “səksən”lərin içindən seçilən adam rəhbər təyin olunur. Bu da indiki vəziyyətə düşülmə ilə nəticələnir.

Azərbaycanda Pareto qanunu təbliğ edənlərdən biri rəhmətlik Azad Mirzəcanzadə olub. Mən də öz kitablarımda və məqalələrimdə Pareto qanunu haqqında yazmışam. Çox təəssüf ki, Azərbaycanda bu qanun pozulur.

Mən bir fizik olaraq, Ramiz Mehdiyev AMEA-ya prezident təyin ediləndə, təəccübləndim. Niyə? Bildiyiniz kimi, bu tip Elmlər Akademiyası totalitar Sovet quruluşunun on beş respublikanın hər birində yaratdığı qurumdur. Bütün respublikalarda Akademiyanın başına humanitar yox, dəqiq elmlərin nümayəndəsi olan alimlər gətirilirdi. Yəni Akademiya fizik, kimyaçı, bioloq kimi dəqiq elmlərin təmsilçiləri qoyulanda, bir müddətdən sonra bunun praktik nəticəsi özünü göstərirdi.

Ona görə də mən düşündüm ki, gərək Ramiz müəllim “bu, mənim sahəm deyil”, – deyərək Akademiyaya prezident getməyəydi. Ramiz müəllim əgər elmlə məşğul olmaq istəyirdisə, o zaman sosial-siyasi tədqiqatlarla məşğul olan bir araşdırma mərkəzi yaratmalıydı və cəmiyyətdə gedən prosesləri araşdıraraq gözəl nəticələr əldə edərdi. Fiziklərin, kimyaçıların, riyaziyyatçıların başında durmaq onun bu cür vəziyyətlə qarşılaşacağını əvvəldən müəyyənləşdirirdi”.

A.Zeynalov

COP29

www.yenicag.az

962
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv