Əməkdar artist Yadigar Muradovun səhhəti ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl atasının bədənində infeksiya yaranmışdı və bu səbəbdən vəziyyəti ağır idi. Hazırda infeksiya aradan qaldırılıb:

“İnfeksiyaya görə temperaturu yüksək idi, artıq temperatur normallaşıb. Hazırda vəziyyəti daha yaxşıdır. Tam sağaldıqdan sonra əməliyyat aparılacaq”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa