Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa mempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
Yenicag.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəlib. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Növbəti medal son dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar qitə birinciliyində də gümüş medala sahib olublar.
Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan Maqsudova da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində gimnastımız 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.
www.yenicag.az