"Google" intiharların qarşısını belə alacaq - FOTO

media-hightechnic-468x90

“Google” şirkəti intiharların artmasını əngəlləmək məqsədilə maraqlı addım atıb.

Yenicag.az xəbər verir ki, şirkət intihara meyilli şəxslər üçün qaynar xətt yaradıb.

Belə ki, “özümə zərər verməyə hazırlaşıram”, “intihar edəcəyimi düşünürəm” kimi şablon mesajlar yazdıqda “qaynar xətt” avtomatik işə düşür.

Şablon mesajları yazan şəxslər həm zəng, həm də onlayn şəkildə dəstək ala biləcək. Bundan əlavə, nəinki intihar, cinsi və fiziki istismara məruz qalmış şəxslər də “Google”dan dəstək ala bilər.

Qeyd edək ki, hal-hazırda bu xidmət yalnız ABŞ-də keçərlidir. Amma bir müddət sonra digər ölkələrdə də aktivləşdirilməsi nəzərdə tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600