Goranboy sakini özünü qatarın altına atdı

media-hightechnic-468x90

lllllllllllGoranboy rayonunda intihara cəhd edilib.

Goranboy rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib.

Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözü gedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb. Ağır bədən xəsarətləri alan F. Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı F. Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa