!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Goranboyda gizli fəaliyyət göstərən çayxana aşkarlandı

!Reklam – Yazi

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Səfikürd kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi- Şəmməd Məmmədov və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

 

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv