"Görmədim" bəhanəsinə SON: Yeni sistem sürücüləri qabaqcadan xəbərdar edəcək

media-hightechnic-468x90

Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə avtomobil texnologiyalarında yeniliklər davam edir. 

Yenicag.az xəbər verir ki, Avstriyanın Qraz Texnologiya Universitetində aparılan son araşdırmalar göstərib ki, nəqliyyat vasitələrinin ön hissəsinə yerləşdirilən yaşıl əyləc işıqları xüsusilə kəsişmələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayını xeyli azalda bilər.

Araşdırmanın nəticələrinə görə, yaşıl işıq sürücülərə “avtomobil əyləc edir” siqnalını ötürür və bu da onların daha sürətli reaksiya verməsinə imkan yaradır. İndiyədək əyləc işıqları yalnız avtomobillərin arxa hissəsində yerləşdirilirdi. Lakin mütəxəssislər bildirirlər ki, bu sistem yan tərəfdən gələn nəqliyyat vasitələrinin sürücüləri üçün kifayət qədər siqnal vermir. Bu isə toqquşma riskini artırır.

Bu sınanmış və faydalı olduğu sübut edilmişdir! Tezliklə bütün avtomobillər üçün məcburi olacaq.
Məlumata görə, 200-dən çox qəzanın təhlili zamanı avtomobilin ön hissəsinə quraşdırılmış yaşıl işığın sürücülərə vaxtında xəbərdarlıq siqnalı verdiyi və qəza riskini azaltdığı müşahidə edilib. Müxtəlif rənglərin sınaqdan keçirilməsinə baxmayaraq, yaşıl rəngin daha effektiv nəticə verdiyi məlum olub. Tədqiqatçılar qeyd edirlər ki, yaşıl rəng sürücülər tərəfindən “hazır ol”, “hərəkət baş verə bilər” kimi təbii şəkildə qəbul edilir.

Araşdırmanın nəticələri avtomobil istehsalçıları tərəfindən də yaxından izlənilir. “TGRT News”un yaydığı məlumata əsasən, yaşıl əyləc işıq sisteminin yaxın illərdə yeni avtomobillərdə tətbiqinə başlanması və gələcəkdə məcburi hala gətirilməsi gündəmdədir.

Bu sınanmış və faydalı olduğu sübut edilmişdir! Tezliklə bütün avtomobillər üçün məcburi olacaq.

Qeyd edək ki, yol hərəkəti zamanı bəzi qəza halları sürücülərin qarşıdan gələn avtomobilin dayanıb-dayanmadığını ayırd edə bilməməsi səbəbindən baş verir. Bu baxımdan yaşıl əyləc işıqları ilə təchiz olunmuş nəqliyyat vasitələrinin həmin halların qarşısını alacağına dair gözləntilər böyükdür.

Hazırda bu sistem texniki mərhələdə qiymətləndirilir. Lakin mütəxəssislər yaşıl əyləc işığını avtomobil təhlükəsizliyində inqilabi bir yenilik kimi dəyərləndirirlər./Avtosfer.az /

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600