Göyçay sakini faciəvi şəkildə öldü
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə rayonun Şahsoltanlı kəndi ərazisindəki Çərmədil adlanan dağlıq ərazidə baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Elxac Eldar oğlu mülkiyyətində olan pay torpağında ailə üzvləri ilə birgə taxıl səpini apararkən ehtiyatsızlıq edib və ayağı sürüşərək 200 metr hündürlüyü olan qayadan aşağı düşüb. Məlumata görə Elxac Cəfərov dümanlı havada dağın qayalıq hissəsinə yaxınlaşdığını görməyib. Bir uşaq atası E.Cəfərov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.