Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Göyçayda ev yanıb

yangin-yeniefgefGöyçay rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən verilən xəbərə görə, hadisə bu gün səhər saat 6:00 radələrində rayonun Mallı-Şıxlı kəndində qeydə alınıb. Kənd sakini Ramin Aydınova məxsus ümumi sahəsi 64 kvadratmetr olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hadisə zamanı evin bir otağı içəridəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

334