!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Göyə atəş açıldı: Havaya atılan güllə yelləncəkdəki uşağın sinəsini deşdi - FOTO

!Reklam – Yazi

Türkiyənin Samsun şəhərində qəribə hadisə yaşanıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən havaya atəş açılıb, göyə yüksələn güllələr daha sonra yerə düşüb.

Bu əsnada parkdakı yelləncəkdə oynayan iki yaşlı Bərkin Aydəmir birdən yerə yıxılıb. Valideynləri onun yanına getdikdə sinəsindən qan axdığını görüblər. Aydın olub ki, havaya açılan atəş nəticəsində göydən yerə düşən güllələrdən biri Bərkin Aydəmirin sinəsini deşib.

Xəstəxanaya aparılan 2 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Havaya atəş açan şəxslərin axtarışları davam edir.

www.yenicag.az

950
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv