Göygöl rayon sakini Bayramov İlkin Ramiz oğlu rayon məhkəməsinin obyekti barəsində qanunsuz qərardadlar çıxardığı iddiasındadır.
Yenicag.az xəbər verir ki, hakim Qələndər Abbasov Bayramov İlkin Ramiz oğlunun Göygöl rayonu Toğanaqda yerləşən “Sevimli məkan” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması ilə bağlı qərardad çıxarıb. Həmin qərardad icra olunub və Ali Məhkəmə həmin qərardadı qüvvədə saxlayıb.
Bayramov İlkinin sözlərinə görə, iddiaçı Şirinov Namiqin obyektdə nəzarətçi işləyən Sarıyev Ələddin haqqında şikayətinə görə, eyni hakim yenə qərardad qəbul edib:
“Bu qərardadla obyektin fəaliyyəti bütövlükdə dayandırılmalıdır. Hazırda istirahət mərkəzi işləyir, 17 nəfər oradan ailəsinə çörəkpulu aparır. Hakim eyni predmet üzrə iki dəfə qərardad qəbul edib və bu tam qanunsuzdur”.
Bayramov İlkin bildirib ki, məsələ ilə bağlı Məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədova müraciət edib.
www.yenicag.az