Göygöldə məktəbdə 10 şagird zəhərləndi - YENİLƏNİB
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.
Məktəbdən Yenicag.az-a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:
“Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır”, – deyə məlumatda bildirilib.
***
09:07
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.













