Göygöldə qanlı hadisə

media-hightechnic-468x90

68606Ötən gün saat 15:00-da Göygöl rayonunda iki qohum bıçaqlanıb. Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanovun verdiyi məlumata görə, hadisə rayonun Quşqara kəndi ərazisində Quşqara çayının sahilində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Kamil Rüstəmov və onun qayını, 1982-ci il təvəllüdlü şəhər sakini Urfan Rzayev bıçaqlanıb. Kamil Rüstəmov aldığı bıçaq yarasından dünyasını dəyişib. Urfan Rzayev isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Urfan Rzayevin vəziyyəti ağır olduğu hələlik dindirilməyib. Bu səbəbdən onların nə şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Lakin deyilənlərə görə, hadisədən qabaq Urfanla Kamil mübahisə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa