Gözəllik kraliçası və narkobaronun xanımı həbsxanaya göndərildi – FOTO

media-hightechnic-468x90

Məhkəmə tanınmış narkobaronun həyat yoldaşı barəsində həbs qərarı çıxarıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ paytaxtının Kolumbiya dairəsinin məhkəməsi meksikalı narkobaron Xoakin Qusmanın xanımı və keçmiş gözəllik kraliçası Emma Koronel Aispuronu 3 il müddətinə azadlıqdan məhrum edib.

Qusmanın xanımı narkotik ticarətində və “çirkli pullar”ın yuyulmasında ittiham olunurdu. Aispuro istintaqın gedişində ərinə məxsus “Sinaloa” narkokartelinin fəaliyyətində iştirakını etiraf edib.

Aispuro məhkəmədəki çıxışında bu əməlinə görə hər kəsdən üzr istəyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa