Şair-dramaturq Qərib Mehdi vəfat etdi

media-hightechnic-468x90

Görkəmli nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qərib Mehdi 90 yaşında vəfat edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib.

Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “İşığın qəzəbi” satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə “Oxşarlar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan “İlham” ədəbi birliyinə rəhbərlik edirdi.

2009-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05