Türk bayrağına xaincəsinə hücum: Rəsmi Ankaradan SƏRT AÇIQLAMA

media-hightechnic-468x90

Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində keçirilən etirazdan sonra sərhəd xəttindəki Türkiyə bayrağı dirəkdən endirilib. Bu hadisə etirazçıların sərhədə yürüş etməsi zamanı baş verib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri xəbərdarlıq atəşi açaraq etirazçıları geri çəkilməyə məcbur edib və qrup ərazidən ayrılıb.

Rəsmi şəxslər və siyasi partiyalar bayrağın endirilməsini “provokasiya” olaraq pisləyib və bu barədə araşdırma başladıldığı bildirilib.

DEM Partiya rəhbərliyi də bayrağın endirilməsini qınadığını və bu cür davranışları qəbul etmədiklərini açıqlayıb.

Hadisə sərhəd gərginliyinin artdığı bir vaxtda baş verib və geniş reaksiyalar doğurub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran da baş verən hadisələrlə bağlı açıqlama verib.

Duran açıqlamasında bildirib:

“Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfindəki terror təşkilatı YPG tərəfdarları tərəfindən şanlı bayrağımıza edilən bu xain hücum xalqımızın əmin-amanlığına yönəlmiş, terrorla mübarizə çərçivəsində atılan addımları hədəf alan açıq-aşkar bir təxribatdır. Bu hücumla terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha işə düşdüyü görünür. Bu cəhdlər nə dövlətimizin qətiyyətini zəiflədə biləcək, nə də millətimizin birlik və həmrəyliyinə zərər verə biləcək. Heç bir hücum və heç bir təxribat cəzasız qalmayacaq”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa