Güclü külək Şəmkiri bu hala saldı-Foto
Bu gecə Şəmkir rayonunda güclü külək və yağış yağması nəticəsində bir sıra probemlər yaranıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, rayonun bəzi kəndlərində gecə saatlarında işıq sönüb. Bəzi evlərin pəncərə və dam örtüyünə zərər dəyib.
Güclü külək nəticəsində rayonun Səməd Vurğun qəsəbəsi, Koroğlu küçəsində nəhəng ağac sınaraq evin damına düşüb. Nəticədə evin damı və həyətin hasarı dağılıb. Ev sakinlərinin sözlərinə görə, bu barədə gecə saatlarında icra nümayəndəliyinə məlumat verilsə də, hələlik problemlə maraqlanan olmayıb.
Məsələ ilə əlaqədar raoyn İcra Hakimiyyətilə əlaqə saxladıq. Şəmkir rayon icra hakiminin birinci müavini, fövqəladə hallar komissiyasının sədri Pərviz İbrahimov ANS PRESS-ə açıqlamasında bildirib ki, güclü külək gecə saatlarına qədər davam edir. Leysan və külək rayonda elə də ciddi problemlər yaratmayıb.
“Yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. İndi icra nümayəndəliyinə tapşırıq verəcəyəm ki, qeyd edilən ünvana baş çəksin. Yaranmış problem aradan qaldırılsın”, – deyə Pərviz İbrahimov bildirib.