Güclü leysan Qubada 4 evi çökdürdü
Bu gün axşam saatlarında şimal bölgəsinə yağan güclü yağış bir sıra fəsadlar törədib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir.
Leysan nəticəsində bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub.