Güclü sel bəzi ərazilərdə qaz xətlərini sıradan çıxardı

media-hightechnic-468x90

Siyəzən rayonu ərazisində Ataçaya gələn güclü sel diametri 159 millimetr olan qaz xəttini qıraraq, sıradan çıxarıb.

Yenicag.az xəbər verir ki, xətdə yaranan qəza səbəbindən hazırda Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Böyük və Kiçik Həmyə kəndlərində 1800 abonentin təbii qazla təminatında fasilə yaranıb.

Şabranda da çaylarda suların səviyyəsinin kəskin artması nəticəsində qaz xətləri zədələnib. Bu səbəbdən Şabran şəhərinin bəzi hissələrində, Əmirxanlı, Qazbabalı, Ceyranlı və Vələsli kəndlərində 7260 abonentin qazla təminatında məhdudiyyət var.

Hazırda idarə əməkdaşları tərəfindən abonentlərin yenidən mavi yanacaqla təminatı üçün iş aparılır.

Abonentlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsiz tədbirlərinə riayət etmək tövsiyə olunur./Oxu.Az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600