“Gücümüz birliyimizdədir”-Foto
Yenicag.az saytı Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəallarından olan Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Xəzər Qaranın müsahibəsini təqdim edir.
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi olaraq fəaliyyətiniz nədən ibarətdir?
ASGA Rusiyada yeni yaranmasına baxmayaraq istər həmvətənimiz istərsədə Rusiya içtimayət nümayəndələrinə yetərincə tanınmış bir təşkilatdır .ASGA Rusiya nümayəndəliyi fəaliyyəti olaraq yarandığımız gündən Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin inkişafına dəstək vermək Azərbaycan mədəniyyətini tarixini Azərbaycan gercəyliyini Rus xalqına catdırmaq və Gənclər arasında dostluq münasibətlərinin qurulmasına hesablanıb. Bildiyimiz kimi Rusiyada güçlü Azərbaycan diasporu fəaliyyət göstərir . Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliy etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının gördüyü işlər hər bir azərbaycanlı üçün örnəkdir Bizdə ASGA olaraq artıq Moskvada və Rusiyanın digər bölgələrində təşkilatlanmağa başlamışıq. Rusiyalı və Azərbaycanlı gənclərin və içtimayət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq tədbirlər mədəni elmi lahiyələr keçiririk.
Gördüyünüz işlər və gələcək planlarınız haqqında məlumat verin zəhmət olmasa?
ASGA Rusiya nümayəndəliyi olaraq ilk tədbirimiz Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlət müstəqilliyi mövzusunda keçrilən tədbir olub .Yadınızdadırsa ASGA Slavyan ölkələrində ən fəal səfir sorğusu keçirdi və Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 2014 ci ilin səfiri sorğusunun qalibi oldu və təqdimat mərasimi keçirildi. Artıq ikinci ildir ki Rusiyada fəaliyyət göstərən Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun təşkilatçılığı ilə dünya şöhrətli mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiririk . Moskva millətlər evi ilə əməkdaşlıq edərək Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi və Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu hər ay Moskvanın 2 orta ixtisas məktəblərinə Azərbaycan günləri keçiririk . Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Cənab prezident İlham Əliyevin doğum günü münasibətilə geniş bayram tədbiri keçirdik. Xalqımızın ən qədim bayramı olan Novruz bayramını geniş şəkildə Azərbaycan və Rusiyanın rəsmi dövlət nümayəndələrinin millət vəkillərinin iştirakı ilə keçirdik. İyirmi Yanvar qırğını ilə bağlı geniş bir tədbirimiz oldu Azərbaycanın xalq şairi millət vəkili Sabir Rüstəmxanlı dəvətimizlə tədbirdə iştirak etdi. Xocalı soyqırımı və Kəlbəcər əsirləri ilə bağlı Ermənistanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək öz bəyanatımızı səfirliyə təqdim etdik. Şuşanın işğalının ildönümü münasibətilə Azərbaycan Respublikası QHT lərə dəstək şurasının sədri millət vəkili Azay Quliyevin başlatdığı Şuşaya Azadlıq beynəlxalq kompaniyası çərçivəsində tədbirimiz baş tutdu tanınmış jurnalistlər tarixçilər və Azərbaycandan politoloq Adıgözəl Məmmədovda iştirak etdi. Böyük vətən müharibəsində azərbaycanlıların rolu mövzusunda Rusiya içtimai palatası və Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu ilə birgə lahiyələr həyata keçirdik. Dəyərmi masalar konfranslar və sairə. Qaldı ki gələcək planlara inşaallah bu yaxınlarda ASGA Rusiya nümayəndəliyi olaraq böyük bir lahiyəyə başlayırıq lahiyə bütün Slavyan olkələrini əhatə edəcək bir layihə olacaq. Yaxın günlərdə ASGA Rusiya nümayəndəliyinin Rusiyanın digər şəhərlərində ofislərinə açmağı planlaşdırır. Artıq sankt-peterburq şəhərində ofismizin açılışını edəcəyik.
Rusiyadakı Azərbaycan səfirliyi və diaspor təşkilatları ilə əməkdaşlıq hansı səviyyədədir?
Rusiyadakı Azərbaycan Səfirliyi biz gənclərin sevimli evidir.Cənab səfir Polad Bülbüloğlu və səfirin birinci müavini Qüdsi Osmanov daim fəaliyyətimizə diqqət və qayğısını əsirgəmir.Səfirliyin təşkil etdiyi bütün tədbirlərdə və rəsmi qəbullarda iştirak edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliy etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu ilə əməkdaşlıq edir birgə layihələr həyata keçiririk.Biz ASGA Rusiya nümayəndəliyi olaraq demək olar ki Rusiyada fəaliyyət göstərən bütün Azərbaycan və dost xalqların diaspor təşkilatları ilə əməkdaşlıq edirik.Təəssüf olsun ki hər yerdə olduğu kimi Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasındada bölücülüklə parcalamaqla Azərbaycan Rusiya xalqları arasında dostluq münasibətlərinin zəifləməsinə xidmət edən təşkilatlar var və fəaliyyət göstərir.Ancaq bunlar bizim üçün önəmli deyil bizim məqsədimiz Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin qurulmasıdır əlaqələrin daha da genişləndirilməsidir.












