Türkiyə Dövlətinin Fətullah Gülənin liderlik etdiyi “Paralel Dövlət” Terror Təşkilatına qarşı mübarizəsi davam edir. Gülənə bağlı “Koza İpək” Holdinqdən sonra “Kaynak” Holdinqinə də dövlət əl qoydu. Belə ki, bu holdinqə bağlı 19 şirkətə məhkəmə tərəfindən qəyyum təyin olundu.
Yenicag.az xəbər verir ki, İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun Holdinqə qarşı qaldırdığı cinayət işi ilə bağlı verdiyi vəsatət məhkəmə tərəfindən qəbul edildi. Holdinq Terror Təşkilatına yardım etdiyinə görə, İstanbul 10-cu Anadolu Sülh Cəza Məhkəməsi tərəfindən bu qərar verildi. Qəyyumlar bu gündən etibarən şirkətlərə nəzarət etməyə başladılar.
Polislə birlikdə şirkətə gələn qəyyumlar yeni İdarə Heyəti təşkil edəcəklər.
Camaatın Qafqaz və Orta Asiya imamı olaraq Naci Tosunun rəhbərlik etdiyi “Kaynak” Holdinqə NT mağazaları, “Sürat Kargo”, “Kaynak Kitab” və daha 16 şirkət daxildir.
Qeyd edək ki, NT Mağazalar Şəbəkəsi Azərbaycanda da fəaliyyət göstərməkdədir. Türkiyədə baş verən hadisələrdən sonra Türk Hökuməti, xüsusilə Prezident Ərdoğan əleyhinə kitablar bu mağazada satılmaqdadır.
Xatırladaq ki, 1997-ci ildə Azərbaycan daxil bütün Post Sovet ölkələri üzrə Gülənin baş imamı olan Naci Tosun adı bir müddət öncə Gülənin Azərbaycan imamı Ənvər Özərənin yazdığı məktublarla gündəmə gəlmişdi.
Naci Tosun son olaraq, “Çağ Öyrətim” şirkətinin 20 illiyi münasibətilə “Gülüstan” sarayında keçirilən tədbirə qatılmışdı. N.Tosunun adı Gülənin varisləri arasında keçir və Türkiyədən qaçaraq, Brüsseldə yaşamaqdadır.
www.yenicag.az