Güləşçimiz erməniyə qalib gəldi -YARIMFİNALA ÇIXDI

media-hightechnic-468x90

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Dağıstan əsilli idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib – 6:3.

Qeyd edək ki, Vahid Qalayev böyüklərin yarışında da millimizdə debüt edib. O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat turnirində ikinci görüşündə (1/4 final) Venesueladan olan rəqibinə uduzaraq Olimpiadaya vəsiqə qazana bilməyib.

Həmçinin, 86 kq-da yarışan Orxan Abbasov da yarımfinala vəsiqə qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05