Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfndən istehsal edilmiş “Güllələnmiş məzarlar” sosial filmi ictimaiyyətə təqdim olunub.
Yenicag.az xəbər verir ki, millət vəkilləri, media nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mətbuat Fondunun prezidenti Umud Mirzəyev açıb.
Umud Mirzəyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında belə layihələrin əhəmiyyətini vurğulayaraq, işğal faktının tanıdılması üçün maarifləndirmə işlərinin aparılmasının zəruriliyini önə çəkib. O, bu tipli layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.
Tədbir qonaq və media nümayəndələrinin çıxışları ilə davam etdirilib.
Qeyd edək ki, “Güllələnmiş məzarlar” sosial filmi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin və oradakı qəbristanlığın erməni hərbi birləşmələri tərəfindən məhv edilməsinə həsr olunub. Film əsas məqsədi işğal edilmiş rayonlarımızadakı erməni vandalizmini dünyaya çatdırmaqdır.
Pərviz Mustafa
Asli İsmayılzade