!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güloğlan Cabbarov Nərimanovda izdihamlı görüş keçirdi - FOTOLAR

!Reklam – Yazi

Bu gün 9 saylı Nərimanov Birinci Seçki Dairəsindən müstəqil namizəd Güloğlan Cabbarov təbliğat-təşviqat müddəti çərçivəsində N.Süleymanov və Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan ünvanda seçiciləri ilə görüş keçirib.

Yenicag.az xəbər verir ki, N.Süleymanov küçəsi sakinləri ilə keçirilən görüşdə seçicilər qarşısında çıxış edən Güloğlan Cabbarov özü haqqında məlumat verib, ona etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə beş il müddətində daima onların yanında olacağını, qarşılaşdıqları problemlərin həllində yaxından iştirak edəcəyini vurğulayıb. Seçicilər bildiriblər ki, bu günə kimi keçirilən seçkilərdə hansısa bir namizəd onlarla görüşə gəlmədiyi kimi, eyni zamanda onların qarşılaşdıqları problemlərlə də maraqlanmayıblar. Seçicilər bildiriblər ki, 9 fevral növbədənkənar parlament seçkilərində Milli Məclisdə öz təmsilçiləri kimi Güloğlan Cabbarova səs verəcəklər.

Şəhid Milli Qəhrəman Əliyar Əliyev küçəsində keçirilən görüş isə, Milli Qəhramanın bu ünvanda yerləşən xatirə büstü qarşısında baş tutub. İlk olaraq Güloğlan Cabbarov seçicilərlə birlikdə abidə önünə gələrək dualar ediblər. Güloğlan Cabbarov abidə qarşısına qərənfillər düzüb.

Keçirilən görüşdə çıxış edən Güloğlan Cabbarov keçiriləcək növbədənkənr parament seçkilərində iştirak səbəbi haqında fikirlərin bildirib. Görüşdə iştirak edən hər bir seçicidən keçiriləcək seçkilərdə ona səs verməyə cağırıb.

www.yenicag.az

1325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv