Yenicag aznews-a istinadən bildirir ki, Gümrü şəhərində 6 ermənini qətlə yetirən rus əsgər Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi tələbilə avtomobil yürüşü keçirilib.
Məlumatda deyilir ki, yürüşə çıxanlar Şirak vilayət administrasiyasına tərəf yola düşüblər.
Nəticədə polislə etirazçılar arasında qarşıdurma olub.
Polis vilayət administrasiyasına gedən yolu bağlayıb və onların binaya yaxınlaşmasına icazə verməyib.
Etirazçılar isə əllərində olan “Ermənistanın pişik evi” plakatını binanın fasadına yapışdırmaq istəyib.
Qeyd edək ki, yanvarın 12-də rus əsgər Valeri avtomat silahla bir ailənin 6 üzvünü qətlə yetirib. 6 aylıq oğlan uşağını isə avtomatın bıçağı ilə ağır yaralayıb. Hazırda o, xəstəxananın reanimasiya şöbəsində müalicə edilir.
Türkiyə sərhədində həbs edilən Valeri Rusiyanın Gümrü şəhərində dislokasiya edilən 102-ci hərbi bazasında saxlanılır. Ruslar onu Ermənistanın hüquq-mühafizə orqanlarına vermək istəmir. Səbəb kimi isə Valerinin Rusiya vətəndaşı olmağı göstərilir.
www.yenicag.az