Günay Ağamalı qəza törədib? - AÇIQLAMA
Yenicag.az xəbər verir ki, bu gün bir sıra media orqanlarında Milli Məclisin deputatı Günay Ağamalının yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən deputat yayılan xəbərlərin şayiə olduğunu və həqiqəti əks etdirmədiyini bildirib:
“Bu məlumatlar tamamilə şayiədir və yalan xəbərdir. Mən hazırda maşındayam və hər şey qaydasındadır. Bu xəbəri mən də internetdən oxumuşam. Məqsədlərinin nə olduğunu bilmirəm, lakin təkrar edirəm ki, yalan məlumatdır.”
Nurlan Cəfəri













