Günay Ağamalı: “Uşaqlar dövlətimizin ən qiymətli sərvətidir”

media-hightechnic-468x90

 

media-banner_tuq

“Günümüzdə ölkəmizdə böyüyən uşaqlar müasir təhsil imkanlarından yararlanır, ən yeni texnologiyalarla təchiz olunmuş məktəblərdə təhsil alırlar.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Ailə Uşaq və Qadın Komitəsinin üzvü, millət vəkili Günay Ağamalı bildirib.

Deputat ölkəmizdə böyüyən uşaqların artıq milli-mənəvi dəyərlərə uyğun və yüksək səviyyədə təhsillə böyüdüyünü sevindirici hal kimi qiymətləndirib:

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların hüquqlarının qorunması, sağlam və təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və layiqli vətəndaş kimi yetişməsi istiqamətində üzərimizə düşən vəzifələri bir daha xatırlayırıq. Uşaqlar hər bir xalqın gələcəyi, dövlətin sabahı və cəmiyyətin ən qiymətli sərvətidir. Ulu Öndər Heydər Əliyev uşaqları xalqımızın gələcəyi adlandırır, onların hərtərəfli inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirirdi. Bu siyasi xətt Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, müasir məktəb və uşaq bağçalarının tikilməsi istiqamətində mühüm addımlar atılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr minlərlə uşağın daha yaxşı şəraitdə təhsil almasına, sağlamlığının qorunmasına və sosial rifahının yüksəlməsinə xidmət edir.”

G. Ağamalı günümüzdə uşaqların böyüməsi mexanizminin ən yüksək həddə olduğunu diqqətə çatdıraraq artıq uşaqlarımızın azad edilmiş Qarabağda böyüməsini onların xoşbəxt gəncliyinin təminatı kimi qiymətləndirib:

“Günümüzdə ölkəmizdə böyüyən uşaqlar müasir təhsil imkanlarından yararlanır, ən yeni texnologiyalarla təchiz olunmuş məktəblərdə təhsil alır, öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar əldə edirlər. Dövlətimizin həyata keçirdiyi təhsil siyasətinin əsas məqsədi savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyanın çağırışlarına cavab verən yeni nəslin formalaşdırılmasıdır.

Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayıb. Uzun illər işğal altında qalmış torpaqlarımızda yenidən uşaqların səsi eşidilir, yeni məktəblər, uşaq bağçaları və yaşayış qurulur. Qarabağ və Şərqi Zəngəzurda doğulan və böyüyəcək uşaqlar azadlığın, zəfərin və dövlətimizin gücünün canlı simvolu olacaqlar. Onlar öz doğma torpaqlarında böyüyəcək, müasir təhsil alacaq, milli kimliyinə bağlı və güclü Azərbaycan dövlətinin layiqli vətəndaşları kimi formalaşacaqlar. Bu tarixi ədalətin bərpası, gələcək nəsillər qarşısında ən böyük qələbələrimizdəndir.”

Milli Məclisin Ailə, Qadın və Uşaq komitəsinin üzvü uşaqları təbrik etməyi də unutmayıb:

“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edir, onlara sağlam, xoşbəxt və qayğısız uşaqlıq diləyirəm. Bugünün uşaqları irəlidəki illərdə ölkəmizin daha da güclənməsinə, tərəqqisinə və inkişafına töhfə verən layiqli vətəndaşlardır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05