Gündəm olan işıqfor şəklinin harada çəkildiyi üzə çıxdı

media-hightechnic-468x90

Sosial şəbəkələrdə işıqforun sellofanla “təmir edildiyi”ni əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məsələyə aydınlıq gətirərək həmin fotonun Tərtərdə çəkildiyini bildirib.

“Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib”, – NİİM rəsmisi qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600