!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Güney Azərbaycan seçkilərdə Ərdoğanı dəstəkləsə də, İran rejimi bu məsələdə Qərblə eyni mövqedədir” – DAK rəsmisi

!Reklam – Yazi

“Türkiyənin Azərbaycana təmənnasız dəstəyi güneylilərin Ərdoğana rəğbətini xeyli artırıb”.

Bu fikirləri Güney Azərbaycan əhalisinin Türkiyədə mayın 14-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinə münasibətini dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə seçkilərinə yanaşmada Güney Azərbaycanla İran rejiminin mövqeləri kəskin fərqlənir:

“Əlbəttə ki, bütün dünyanın maraqla izlədiyi Türkiyə seçkiləri Güney Azərbaycanda da diqqətdən kənarda deyil. Orada keçirilmiş prezident seçkilərinin birinci turunda Ərdoğanın böyük üstünlük qazanaraq ikinci tura əminliklə keçməsi güneylilərin çox ürəyincə olub.

Bu da təəccüblü deyil. Çünki Türkiyənin Azərbaycana təmənnasız dəstəyi güneylilərin Ərdoğana rəğbətini xeyli artırıb. Onlar da belə hesab edirlər ki, Ərdoğanın yenidən prezident seçilməsi türk dünyasının bütövləşməsi prosesinin davam etməsinə imkan verəcək.

Ancaq Türkiyə seçkilərinə yanaşmada Güney Azərbaycanla İran rejiminin mövqeləri bir-birindən kəskin fərqlənir. Rejim də eynilə Qərb dövlətləri kimi Ərdoğanın hakimiyyətdən gedişini arzulayır. Ancaq birinci tur göstərdi ki, Türkiyə xalqı Qərbin də, İran rejiminin də bu arzusunu ürəyində qoyacaq”.

A.Zeynalov

COP29

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv