Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü başladı - YENİLƏNDİ
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilir.
Yenicag.az verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğu bildirilir.
“Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmaları inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq”, – Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib./apa
***
Bu gün Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşü keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir müavinlərinin görüşü regional əməkdaşlığın perspektivlərinə həsr olunub. /unikal