Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Gürcüstan özünə rəva görmədiyini ona sərmayə qoyana da görməməlidir” - Mənsimov yazdı

Reklam: Sinerji Pro

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov Gürcüstanda erməni terrorçu Mixail Avaqyana Axalkalaki bələdiyyəsi tərəfindən abidə qoyulmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Tükiyədə yaşayan həmyerlimiz bunun məqsədyönlü təxribat olduğunu bildirib:

“Atalarımız deyir ki, su yatar, düşmən yatmaz. Erməni bizimlə sadəcə işğal etdiyi torpaqlarımızda deyil, bütün sferalarda mübarizə aparır. Bu gün Avropada, Amerikada erməni lobbisi dayanmadan türk düşmənçiliyi edirsə, Gürcüstandakı ermənilərin əllərini-qollarını sallayıb, bizim qazımızla qızdırılan kilsələrində dua etdiklərinimi düşünürsünüz? Erməni xisləti Qarabağda nədirsə, Axalkalakidə də odur. Məhz Xocalı soyqırımında əli qana batmış terrorçu Avaqyana Gürcüstanda heykəl qoyulması məqsədyönlü təxribatdır”.

Mübariz Mənsimov bildirib ki, bu təxribat nəticəsində dost, eyni zamanda Azərbaycanla Türkiyə arasında körpü rolunu oynayan ölkəni üz-üzə gətirmək istəyirlər:

“Əlbəttə, Gürcüstanın mövcud iqtidarının bu məsələdə ermənilərə loyallığı da qəbuledilməzdir və onlara bu, uyğun dillə anlatılmalıdır. Hansısa osetin və ya abxaz terrorçusuna Azərbaycanın hər hansısa bir nöqtəsində heykəl qoyularsa, gürcülər hansı reaksiyanı verərlər? Nə üçün özlərinə arzu etmədiklərini bizə – Gürcüstana bu qədər sərmayə qoyan qonşularına rəva görürlər? Hesab edirəm ki, bu məsələ qarşısında susulmamalıdır. Bir neçə ay öncə yenə erməni kilsəsinin Azərbaycana qarşı Tiflisdə təxribata əl atdığını nəzərə alsaq, biz susduqca, bu davam edəcək. Ona görə Gürcüstan həm Türkiyənin, həm Azərbaycanın bu məsələdə həssaslığını anlayacaq şəkildə addımlar atmalıdır. Həm də erməni terroru, erməni zülmü hər platformada anlatılmalıdır ki, gürcülər də, digərləri də Azərbaycandan sonra ermənilərin onlara qarşı torpaq iddiası qaldıracağını dərk etsinlər”.

www.yenicag.az

2419
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM