Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərdi

media-hightechnic-468x90

14311419476194239201_750x500Uzun sürən müzakirələrdən sonra, mayın 9-da gecə saatlarında Gürcüstan parlamenti hökumətin yenilənmiş tərkibinə etimad göstərdi.

Parlament hökumətin yeni tərkibi ilə yanaşı, Baş nazirin təqdim etdiyi “Güclü, demokratik və vahid Gürcüstan üçün” adlı proqramı da təsdiq edib.

Mayın 8-də başlayan müzakirələr zamanı Baş nazir İrakli Qaribaşvili çıxış edərək dünyada, regionda və ölkəsində baş verən hadisələrdən danışıb, hökumətin yenilənmiş tərkibinin önəmini vurğulayıb. O, hökumətin hazırladığı yeni proqramın Gürcüstanın ümumi inkişafına təkan verəcəyini bildirib.

Müzakirələr 13 saat davam edib və mayın 9-da gecə saat 3–də parlamentin 150 deputatından 87-si lehinə, 38-i əleyhinə səs verməklə hökumətin yeni tərkibi və proqram qəbul olunub.

Xatırladaq ki, ötən ilin noyabrından başlayaraq bu il aprelin sonlarına qədər İ.Qaribaşvili hökumətinin 19 nazirindən 7-si tutduqları vəzifədən istefaya vermişdi. Gürcüstan Konstitusiyasına əsasən nazirlərdən üçdə biri istefa verdikdə hökumət buraxılmış sayılır və yeni hökumət formalaşdırılır.

Baş nazir İ.Qaribaşvili yeni hökuməti formalaşdırarkən daha üç naziri vəzifəsindən azad edib və onların da yerinə yeniləri təyin olunub.

Beləliklə də hökumətin 19 üzvündən 10-u yenidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600