Tramp: "İrana qarşı əməliyyatın xərclərini dəfələrlə geri qaytaracağıq"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton gələcəkdə İrana qarşı hərbi əməliyyatlara çəkilən xərcləri dəfələrlə geri qaytara biləcək.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfəri zamanı prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri bildirib ki, Venesuela ilə bağlı həyata keçirilən siyasət Vaşinqtona böyük gəlirlər qazandırıb və eyni nəticənin İranla bağlı da əldə olunacağını düşünür.

“Venesuela ilə bağlı görülən işlər dəfələrlə özünü doğrultdu. Eyni şey İranla da baş verəcək”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset İrana qarşı həyata keçirilən hərbi əməliyyatların Birləşmiş Ştatlara təxminən 37,5 milyard dollara başa gəldiyini açıqlamışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05