Rusiyadan deportasiya olunan əcnəbilərin sayı əhəmiyyətli dərəcədə artdı

media-hightechnic-468x90

Bu ilin yanvar–iyun aylarında Rusiyadan 59 ölkəyə ümumilikdə 43 700 əcnəbi və vətəndaşlığı olmayan şəxs deportasiya olunub.

media-banner_tuq

Yenicag.az xəbər veri ki, bu barədə “Vedomosti” qəzeti Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 65,5 faiz artıb. Belə ki, 2025-ci ilin yanvar–iyun aylarında Rusiyadan 26 400 əcnəbi ölkədən çıxarılmışdı.

İyulun 24-də Rusiya Federasiya Şurası əcnəbilərin ölkədən çıxarılması ilə nəticələnə biləcək inzibati xətaların siyahısının genişləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Yeni qanuna əsasən, belə xətaların sayı 22-dən 45-ə çatdırılıb.

Bu hüquq poztuntularına ictimai asayişin pozulması, sərhədçilərin qanuni tələblərinə tabe olmamaq, diskriminasiya halları, habelə internetdə insan ləyaqətini alçaldan məlumatların yayılması daxildir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05