Qəzzada HƏMAS-ın təhlükəsizlik xidmətinin rəhbəri öldürüldü

media-hightechnic-468x90

İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidməti Qəzzanın mərkəzi hissəsinə endirilən zərbələr zamanı HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərini öldürüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xidmət rəhbəri Vael Musa Xaled Ladavi Qəzza zolağındakı Deyr əl-Bələh bölgəsindəki düşərgələrdən birində gizlənirdi.

“Ladavinin rəhbərlik etdiyi qurum HƏMAS-ın yüksək vəzifəli üzvləri üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olurdu ki, bu da qərarların qəbul edilməsinə, eləcə də İsrailə qarşı terror əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə kömək edirdi”, – məlumatda qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05