!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan regionda nüvə silahının tətbiqi halında fəaliyyət planını təsdiqlədi

!Reklam – Yazi

Gürcüstan hakimiyyəti və Dövlət Təhlükəsizlik Xidməti (DTX) regionda nüvə silahının tətbiqi halında fəaliyyət planı hazırlayıb və təsdiqləyib.

Yenicag.az “Exo Kafkaza”a istinadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.

Jurnalistlərlə söhbətində o qeyd edib ki, hazırda Gürcüstan əhalisi tədricən nüvə təhlükəsinin əhəmiyyətini dərk etməyə başlayıb.

“Sizə xatırlatmaq istərdim ki, hazırkı çağırışlar nüvə silahının istifadəsini istisna etmir”, – Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib.

Eyni zamanda o, Gürcüstanı yox, ətraf bölgəni nəzərdə tutduğunu bildirib.

“Hökumət rəhbərlərinin, cavabdeh qurumlarımızın və DTX-nın agentliyinin iştirakı ilə tədbirlər planı hazırlanıb təsdiq edilib və bu plana uyğun olaraq hər bir idarə üzrə senari, tədbirlər planı müəyyən edilib ki, allah eləməsin, belə bir vəziyyətdə həyata keçirilməli olsun”, Liluaşvili bildirib.

O, həmçinin qeyd edib ki, bir çox ölkələr, o cümlədən Avropa İttifaqı dövlətləri nüvə fəlakəti zamanı müxtəlif senarilər hazırlayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin sözlərinə görə, bomba sığınacaqları yalnız “birbaşa zərbə zamanı” aktualdır və Tbilisi “həm ölkə daxilində, həm də xaricdə mülayim və praqmatik siyasət yürütməlidir”./Qaynarinfo

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv