Gürcüstan və Ermənistan müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

media-hightechnic-468x90

Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Ermənistanın müdafiə naziri Suren Papikyan ilə telefon danışığı aparıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata görə, tərəflər telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyətini və aktual məsələləri müzakirə ediblər.

Nazirlər qonşu ölkələr arasında müdafiə sahəsində sıx əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.

Məlumata əsasən, tərəflər qarşılıqlı dəstəyi bir daha təsdiqləyərək gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05