Gürcüstan XİN-i Rusiya prezidentinin Abxaziyaya səfərini qınayıb

media-hightechnic-468x90

Gürcüstan XİN-i Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib.

media-banner_tuq

Yenicag.az  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir.

XİN, Rusiya prezidentinin separatçı bölgəyə səfərinin fundamental normaları və beynəlxalq qanunvericiliyi pozduğunu qeyd edib.

“XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”, – deyə bəyanatda bildirilir.

Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05