!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstan “Yaşıl pasport” rejiminə keçir

!Reklam – Yazi

Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVID-19 pasportu tətbiq olunacaq. “Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

Baş nazir COVID-19 pasportunun tələblərinin 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacağını deyib.

“Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “Yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”, – Qaribaşvili vurğulayıb.

 

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv