Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub
Gürcüstanda 3,6 maqnitudalı zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 05:12-də qeydə alınıb.
Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi-nin məlumatına görə, zəlzələnin episentri Axmeta şəhərindən 52 km şimal-şərqdə, Doçu kəndi yaxınlığında yerləşib.













