Gürcüstanda son sutkada koronavirusa 958 yeni yoluxma halı qeydə alınıb, 214 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 16 285-ə çatıb. Xəstəlikdən sağalanların sayı 7 827, vəfat edənlərin sayı isə 128 olub.
Karantin zonalarında 5 900, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 388 nəfər xüsusi otellərdə müalicə alır.