Gürcüstanda ermənilərlə polis əlbəyaxa oldu - xüsusi təyinatlılar hadisə yerində

media-hightechnic-468x90

Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.

Yenicag.az xəbər verir ki, sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinad edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.

Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.

Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb.

Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.

Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600