Gürcüstanda nüvə və radioaktiv maddələr almağa cəhd edən əcnəbilər saxlanılıb

media-hightechnic-468x90

Gürcüstanın Kutaisi şəhərində qanunsuz olaraq nüvə və radioaktiv maddələr almağa cəhd edən iki nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş brifinqdə bildirilib.

Həmin şəxslər uran nüvə materialını və “Cesium-137” radioaktiv maddəsini 3 milyon ABŞ dollarına almağı və qeyri-qanuni yolla digər ölkənin ərazisinə keçirməyi planlaşdırıblar.

Cinayətkar planın həyata keçirilməsi üçün əcnəbilərin son həftələrdə Gürcüstana daimi olaraq gəldikləri, nüvə materiallarının və radioaktiv maddələrin alınması/daşınması üçün əlverişli şəraitin yaradılmasında fəal iştirak etdikləri müəyyən olunub.

Sözügedən maddələrin müxtəlif cinayətlər, o cümlədən terrorçuluq məqsədləri üçün istifadə olunduğu qeyd edilib.

Faktla bağlı istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05