Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirildi

media-hightechnic-468x90

Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul edib.

Bu barədə Yenicag.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Süleymanov Gürcüstanda saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600