!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gürcüstandakı seçkilər: “Müxalifət boşboğazlıq etməyi sevir”

!Reklam – Yazi

“Hazırkı gürcü müxalifəti konstruktiv müxalifətdir”.

Bu sözləri Gürcüstan müxalifətinin məğlub olmasının səbəblərini Yenicag.az-a politoloq Zərdüşt Əlizadə açıqlamasında deyib.

Zərdüşt Əlizadə Gürcüstan müxalifətini Azərbaycan müxalifəti ilə müqayisə edərək bunları deyib.

“Gürcüstanda müxalifətin məğlubiyyətinin səbəbləri Azərbaycanda müxalifətin məğlubiyyətinin səbəbləri ilə heç nəyi ilə fərqlənmir. Pərakəndədirlər, bir-birilərini didirlər, vahid siyasi xətt yoxdur. Mahiyyətcə “Gürcü Arzusu”ndan heç nəyi ilə fərqlənmirlər. Saakaşvili hakimiyyətinin həm gürcü demokratiyası qarşısında böyük xidmətləri var, həm də böyük günahları var. Xidmətlərdən ağız dolusu ilə danışırlar, günahları səssizliklə çalışırlar ki, xalq unutsun. Xalq unutmur”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, “Gürcü Arzusu” böyük saxtakarlıq edib.

“Çoxlu bülleten atıblar, savadsız, milli azlıqların yaşadığı bölgələrdən 80-90 faiz guya səs qazanıblar, elektron səsverməyə müdaxilə ediblər. Bunun qarşılığında gücü müxalifəti nə edib? Heç nə. Seçki siyahılarını yoxlamayıb, işləmək lazım idi. Onlar mitinq edib, boşboğazlıq etməyi sevirlər. Ancaq gündəlik siyasi işlə məşğul olmağı istəmirlər.

İmkan var ki, dinc yolla seçkinin nəticəsini ləğv etsinlər. Ancaq bunu da etmirlər. Gözləyirlər ki, mandat alsınlar. Dava mandat davasıdır. Əvvəl iştahları böyük idi, hakimiyyəti götürmək istəyirdilər. Gördülər ki, alınmayacaq. Eynən Azərbaycan müxalifəti kimi. Əvvəl deyirlər, hakimiyyətə gəlirik, sonra alınmır. Əslində, hazırkı gürcü müxalifəti konstruktiv müxalifətdir”, – deyə o qeyd edib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv