Gürcüstandan 300-dən çox azərbaycanlı təxliyə olunur

media-hightechnic-468x90

Gürcüstanda daha 352 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi prosesi başlanılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

Onların hamısının ötən gün koronavirusla bağlı verdikləri testlərin cavabı neqativ çıxıb. Həmin şəxslərin 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı aldıqdan sonra saat 10:00-da 6 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vasitəsilə min nəfərdən çox azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05