Gürcüstanın baş naziri müsalmanları təbrik etdi

media-hightechnic-468x90

vgvhbhbjhnjBu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan bütün müsəlmanları müqəddəs Ramazan bayramının başlanması münasibətilə təbrik edib.

Bu barədə baş nazirin köməkçisi Savalan Mirzəyev məlumat verib.

“Baş nazir rəsmi şəkildə Gürcüstanda yaşayan bütün müsəlmanlara müraciət edib və onlara Ramazan bayramının başlanması münasibəti ilə səmimi qəlbdən təbrik ünvanlayıb: “Gürcüstanda yaşayan bütün müsəlmanları Müəqddəs Ramazan ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ramazan ayı hər bir müsəlman ailəsi üçün çox müqəddəsdir və bu müqəddəs ayda hər bir ailəyə sülh, əmin-amanlıq, sağlamlıq, xoşbəxtlik və xoş günlər arzulayıram. Biz bir ölkənin oğullarıyıq və mən inanıram ki, hər biriniz gücünüzü ölkəmizin quruculuğunun inkişafına və irəli getməsinə yönəldəcəksiniz. Biz hamımız bütöv və güclü, eyni zamanda çiçəklənən Gürcüstanda yaşayırıq”, deyə baş nazir bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600