Gürcüstanın daxili işlər naziri Azərbaycandadır

media-hightechnic-468x90
şlpokGürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyətini Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra qonaqlar Ramil Usubov tərəfindən qəbul edilib. Xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu qeyd edən R. Usubov ikitərəfli münasibətlərin qurulmasında və inkişafında mərhum prezident Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. R. Usubov iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Daha sonra nazir R. Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklər arasında imzalanan sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib.

Daxili işlər naziri mövcud problemlərdən də danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Azərbaycana ilk dəfə gəldiyini, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edən Aleksandr Çikaidze səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600