Hacı Mazan otelini qardaşı oğlundan aldı

media-hightechnic-468x90

“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov özünə məxsus “Viləş Palas Hotel”in qanuni təmsilçisini dəyişib.

Yenicag.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Vüqar Məhərrəməli oğlu Zeynalov “Viləş Palas Hotel” MMC-nin qanuni təmsilçisiliyindən çıxarılıb. Onun yerinə Samir Eldar oğlu Bağırlı gətirilib.

Qeyd edək ki, istirahət mərkəzinin rəsmi rəhbərliyindən gedən Vüqar Zeynalov iş adamı Ramazan Zeynalovun qardaşı oğludur. Ötən il istirahət mərkəzində nağdsız ödənişlərin qəbulundan imtina halları baş verdiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq etmişdi.

Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti “Viləş Palas Hotel” MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə vermişdi. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi dövlətə məxsusdur və həmin ərazi “Viləş Palas Hotel” MMC rəhbərliyi tərəfindən zəbt olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600