Xəbər verdiyimiz kimi Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova istefa verib.
Yenicag.az xəbər verir ki, 2015-ci ildən Müasir Müsavat Partiyasında sədr müavini olan Könül İsmayılovanın istefa səbəbini partiyanın sədri Hafiz Hacıyevdən öyrənməyə çalışdıq. Sualımıza cavab olaraq partiya sədri bildirdi ki, o, dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi:
“Könül xanım partiyada Siyasi Şuranın və İdarə Heyətinin üzvü olaraq qalır. Könül İsmayılova dövlət qulluğuna keçdiyinə görə partiyanın sədr müavini vəzifəsindən istefa verdi. Onun partiyamızdan ayrılmasında başqa səbəb yoxdur. Sadəcə olaraq prosedurlar bu cür olmalı idi.
Qeyd edim ki, Könül xanımın hal-hazırda Nizami rayonu İcra Hakimiyyətində işə başlayıb”./Pia.az/
www.yenicag.az